Suraxanı rayonunun qəsəbələrində təmizlik işləri davam etdirilir.
Yenisabah.az xəbər verir ki, ətraf mühitin, ekologiyanın mühafizəsi, sakinlərin sağlamlığının qorunması məqsədilə Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən rayonun qəsəbələrində iməcilik işləri aparılır, ətraf ərazi zərərli olan müxtəlif məişət, polietilen tullantılardan təmizlənir. Ağacların qurumuş budaqları budanır, məişət tullantıları konteynerləri və küçələr yuyulur.
Telegram kanalımız