“2019-2023-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur qəsəbəsində uzunluğu 3 000 m yaxın olan Rafiq Alıcanov, Cəlal Qurbanov, Nizami İsmayılov küçələrində ümumilikdə 35 000 kv.m asfalt örtüyünün salınması işlərinə başlanılmışdır.
Yenisabah.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yerində baxış keçirərək görülən işlərlə tanış olmuş və tapşırıqlarını vermişdir.
Qeyd edək ki, sözügedən küçələrdə işıqlandırma sistemi qurulmuşdur. Hazırda əhalinin rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması, piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması məqsədilə yol kənarında bordür düzülərək səkilər salınır. Eyni zamanda yol boyunca yaşıllıq zolaqlarının bərpa olunması, yeni ağacların əkilməsi üçün hazırlıq işlərinə də start verilmişdir. Pepperoni pizza
Telegram kanalımız