Suriya və ABŞ prezidentləri arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Suriya və ABŞ prezidentləri arasında telefon danışığı oldu

Siyasət

20 Yanvar 2026 00:39 633


Suriya Prezidenti Əhməd əş-Şaraa ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Suriya Prezidentliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilir ki, hər iki lider Suriya ərazisinin bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulayıblar, sabitliyin təmin olunmasına yönəlik bütün səylərin dəstəklənməsinin zəruriliyini ifadə ediblər. pizza

Tərəflər Suriya dövləti çərçivəsində kürd xalqının hüquqlarının təmin edilməsi və qorunmasının vacibliyini də təsdiqləyiblər.

Prezidentlər həmçinin İŞİD terror təşkilatı ilə mübarizədə əməkdaşlığın davam etdirilməsi və təşkilatın yaratdığı təhdidlərin aradan qaldırılması məsələsində razılığa gəliblər.

Telefon söhbəti zamanı habelə bir sıra regional məsələlər müzakirə olunub və Suriyanın daha yaxşı gələcəyə doğru irəliləyə bilməsi üçün ona yeni bir fürsət tanınmasının əhəmiyyəti vurğulanıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!