“Şuşa“ qalmaqalı böyüyür: “Aktyora “təlxək“ demək...“   - Əməkdar artistdən sərt reaksiya + Video

saytların hazırlanması

Evə çatdırılma

“Şuşa“ qalmaqalı böyüyür: “Aktyora “təlxək“ demək...“ - Əməkdar artistdən sərt reaksiya + Video

Şou

26 Yanvar 2022 15:29 99015


Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsi ilə bağlı müzakirələr davam edir.

Komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov açıqlama verərək komandanın adının qaytarıldığını desə də, tənqidlər bitmək bilmir. Sosial şəbəkə istifadəçiləri KVN komandamızı tənqid edərək belə bir addımın yolverilməz olduğunu qeyd ediblər.

Bəzi vətəndaşlar isə sosial şəbəkələrdə insanları “Bu şəhərdə” komandasını boykot etməyə, bunda sonra onların konsertlərinə getməməyə çağırır. Onların aktyorluğunu tənqid edir, hətta ünvanlarına təhqirlər yağdırırlar. Dominos pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Çingiz Əhmədov peşəsinə görə kiminsə təhqir edilməsinin yolverilməz olduğunu deyib:

“KVN” və “Bu Şəhərdə” komandası ilə bağlı danışa bilmərəm, mən teatrla bağlı danışa bilərəm. Ona görə mənim üçün maraqlı deyil. Ümumi olaraq aktyorlar haqqında “təlxək”, “mütrüf” kimi ifadələr səsləndirmək düzgün deyil. Bir bir qan, bir canıq, həmvətənliyik. Hamımız  azərbaycanlıyıq, bir-birimizin ünvanına təhqiramiz ifadələr səsləndirmək düzgün deyil, mən bunu heç bir kəsə yaraşdırmıram. Kimisə peşəsinə görə təhqir etmək, artıq-əskik danışmaq olmaz. Hərənin öz adı, öz mənliyi var. Biz aktyorlar çalışırıq ki, insanlara gülüş bəxş edək. Təbii ki, söhbət bayağı gülüşdən getmir. Söhbət maraqlı, yerində edilmiş zarafatlardan gedir. “Şilləni tutuzdurmaq” məsələsi var, bu baxımdan biz məktəbik, mən bunu o illərdə Əliağa əmidən də görmüşəm. Biz bilirik insanları elə boş-boşuna güldürmək olmaz. Onları sənətlə, yazı ilə, fikir, düşüncə ilə güldürmək lazımdır”.

Hazırda efirə gedən komediya seriallarından danışan aktyor onların səviyyəsindən razı olduğunu qeyd edib:

“Bizim hazırda “Nikolayın Evi” adlı serialımız gedir. Bu serialdakı gülüş, yumor məni qane edir. Bu serial çox maraqlıdır, ssenarisi də yaxşıdır. Serialın ssenarisini Ənvər Abbasov, Samid Ağayev, Həsrət Həsrətov yazır. Onlar ssenarini indiki dövr üçün yazır. Çox insan bu gün satira ilə yumoru səhv salır. Satira ayrı, yumor tamam ayrı şeydir. Satirada ancaq tənqidi şeylər göstərilir, o vaxt “Kirpi”, “Mozalan”ın etdiyi məhz bu idi. Yumor tamam başqa şeydir. Hazırda yazılan ssenarilər bugünkü günə aiddir, çoxu da maraqlıdır. Hazırda işlədiyim komanda əladır, uşaqlardan razıyam. Hər şey yerli yerindədir”. 

Əsmətxanım 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Firdovsi
    Çingiz müəllim yəqin təlxək nə deməkdir bimir. Təlxək italyan (pagliaccio) mənşəli söz olub "onu izləyənləri güldürən və əyləndirən, əcaib geyimli, üzü həddindən artıq və komik şəkildə boyalı oyunçu" mənasını verir. Hörməyli Çingiz müəllim onlara deyilən söz thqir kimi qarşılanır. amma Şuşa adnın hərflərinin (Ş) dəyişərək B hərifi ilə əvəzlənməsi təhqr sayılmır?....
    4 years ago
  • Akif m
    "Bəxt loto"nun qaynar vaxtları idi. Çingiz Əhmədov da bu mədəni aldatmanın aparıcısı, idarə edəni. Canlı yayımda iştirak edən oyunçuya yaxınlaşıb deyirdi ki, sən mənə tanış gəlirsən, filan yerdə semiçka satmırsan? Soruşaydı da kitabxanada görmüşdüm və yaxud siz Next-Kimya İnstitunun tələbəsi deyilsiniz?
    4 years ago