“Susa-susa özümüzü ona-buna əzdirməli deyilik!“  - Əməkdar jurnalist
25 Fev 2021 18:18
574

“Susa-susa özümüzü ona-buna əzdirməli deyilik!“ - Əməkdar jurnalist

Yunanıstan Təhsil və Din İşləri naziri Niki Kerameosun qərarıyla Batı Trakya türk toplumuna aid Gümülcine və İskeçe mədrəsələri idarə heyətlərinə təyinatlar olub. Yayımlanan qərara görə, mədrəsələrin idarə heyətləri baş katibliyi vəzifəsinə xristiyan yunanlar təyin edilib.

Yenisabah.az xəbər verir ki, bu xəbər əksər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da narazılıqla qarşılanıb. Rəsmi Afinaya etiraz edənlərin aarsında Əməkdar jurnalist Azər Həsrət də var. Jurnalist təpkisini bu sözlərlə ifadə edib: 

"Nədir bu “mədəni” və “qədim” yunanlardan çəkdiyimiz? Bunlar da eynən ermənilər kimidir. Ağıllarına gələni edər, suçlusu kimi də türkləri göstərərlər. İndi də Batı Trakyada müsəlman mədrəsələrinə xristian yunanları baş katib olaraq təyin ediblər. Müsəlman məktəbinə xristian təyin edilərmi? Bu nə ağıl, bu nə dini yanaşma? Ümumiyyətlə, bu nə qəflət, bu nə insan və din düşmənliyidir? Kimin ağlına gələrdi ki, müsəlman məktəbinə baş katibi xristianlar arasından seçsin? İndi Türkiyə və Azərbaycan da qalxsın, xristian qurumlarına müsəlman görəvlilər təyin etsin. Dünyada yer-yerindən oynamazmı? Oynar əlbəttə! Amma Yunanıstan bunu edincə heç kimin, özəlliklə də dini azadlıqları “qoruduğunu” iddia edənlərin səsi çıxmır! Sonra da bizi ittiham edirlər ki, hər şeyə belə əsəbi yanaşırsınız!

Bizcə, Azərbaycanın Dini İşlər üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi Batı Trakya müsəlmanlarıyla həmrəylik nümayiş etdirməli, Yunanıstan hökumətinə təpki göstərməlidir. Susa-susa həm özümüzü, həm də digər türk qardaşlarımızı ona-buna əzdirməli deyilik! Bu gün Batı Trakya türklərinə edilənləri sabah da başqa türklərə, günün birində də bizə edəcəklər bu “mədəni” Avropalılar!" 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər