Tacik müğənni Avroviziyada rus qadınını təhqir edir? -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Tacik müğənni Avroviziyada rus qadınını təhqir edir? - Fotolar

Şou

20 Mart 2021 18:29 1237


Rusiyanın "Eurovision" mahnısı olan "Russian woman"ın (“Rus qadını”) sözlərində qadınların təhqir olunduğu iddia edilib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko danışıb.

O, qeyd edib ki, rus qadınlarını təhqir etdiyi və alçaltdığı üçün mahnının sözlərinin qanuni şəkildə araşdırılması üçün bir çox müraciət alıb. Toyuqlu pizza

Rusiyanı Hollandiyada təmsil edəcək mahnı ilə bağlı bundan öncə bir çox məşhur sima və siyasətçi də tənqidi fikirlər bildirmişdi.

Qeyd edək ki, bu il “Eurovision”da Rusiyanı 29 yaşlı tacik əsilli müğənni Manija Sangin təmsil edəcək. O, musiqi ilə yanaşı, BMT-nin təklifi ilə qaçqınların problemləri ilə də məşğul olur, qadınların hüquqları uğrunda fəal mübarizə aparır və LGBT icmasını dəstəkləyir.

Müğənninin özünün dediyinə görə, onun mahnısı "Rusiyada qadının əhval-ruhiyyəsinin son bir neçə əsr ərzində necə dəyişməsindən bəhs edir".

Manija Sangin 1991-ci ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində anadan olub. 1990-cı illərin ortalarında o, ailəsi ilə birlikdə Tacikistandakı vətəndaş müharibəsindən xilas olmaq üçün Moskvaya gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!