Dövlət Statistika Komitəsində ötən ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.
“Yeni Sabah” xəbər verir ki, iclasda çıxış edən Komitənin sədri Tahir Budaqov bildirib ki, 2018-ci ildə iqtisadi artım 1,4% təşkil edib, qeyri-neft sektoru 1,8%, kənd təsərrüfatı 4,6%, qeyri-neft sənaye məhsulu 9,1%, əhalinin nominal gəlirləri 9,2% artıb, əsas kapitala 17,2 mlrd. manat investisiya qoyulub, ölkənin valyuta ehtiyatları 3 mlrd. dollar artaraq 45 mlrd. dollara çatıb. 118 min daimi iş yeri yaradılıb, xarici borcun ÜDM-ə nisbəti 19%-dək enib. Eyni zamanda 2018-ci il beynəlxalq müstəvidə ciddi uğurlarla da yadda qalıb, ötən ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP layihəsi fəaliyyətə başlayıb, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, STAR Neft Emalı Zavodu istifadəyə verilib və üçüncü peykimiz - “Azerspace-2” orbitə buraxılıb.
Qeyd olunub ki, hesabat dövründə Dövlət Statistika Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri metodoloji bazanın möhkəmləndirilməsi olub, BMT, Avrostat, BVF, İƏİT, BƏT və digər beynəlxalq təşkilatların metodologiyalarına uyğunlaşdırılmaqla 50 metodoloji material hazırlanıb. pizza
Sonda kollegiya iclasına yekun vuran Tahir Budaqov qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün qurumun müvafiq strukturlarına konkret tapşırıqlar verib.
Telegram kanalımız