Tahir Əkbərin qızı işlə təmin edildi

saytların hazırlanması

Evə çatdırılma

Tahir Əkbərin qızı işlə təmin edildi

Şou

08 May 2019 13:35 2593


Əməkdar incəsənət xadimi, mərhum bəstəkar Tahir Əkbərin qızı işlə təmin olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə həyat yoldaşı Aybəniz Əkbər məlumat verib. Onun sözlərinə görə, bəstəkarın qızı Bəhiyyə Əkbərzadə Qızıl Aypara cəmiyyətində işləyəcək.

Aybəniz Əkbər cəmiyyətin sədri, Milli Məclisin deputatı Novruz Aslana dərin təşəkkür edib: Pepperoni pizza

“Bəhiyyə 2018-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirib. Mən bir müddət öncə, qızımın işlə təmin olunması üçün bir çox qurumlara müraciət etmişdim. Qızıl Aypara Cəmiyyətindən bizə müjdə xəbər gəldi. Novruz müəllim Bəhiyyəni qurumda işlə təmin etdiyini bildirib. Əkbərovlar ailəsinə göstərdiyi bu etimada görə, Novruz Aslan və Qızıl Aypara Cəmiyyətinin kollektivinə ailəm adından təşəkkür edirəm”.

Aybəniz Əkbər qeyd edib ki, dövlət həmişə Tahir Əkbər ailəsini diqqətdə saxlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!