Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Tahir İmanov intim videoların yayılmasından danışdı:  “Günah içindəyəm”
14 Sen 2021 16:43
2267

Tahir İmanov intim videoların yayılmasından danışdı: “Günah içindəyəm”

“Mən siyasətçi deyiləm. Lakin bir sənətkar kimi konsertlərimizin birində bu mövzuya yumor prizmasından baxa bilərik. Amma bu mövzuda məndən ciddi bir cavab gözləməyin. Qoy bununla bağlı videoları yayılanların həmkarları,  dostları cavab versin”.

Yenisabah.az xəbər verir ki, bu sözləri son günlər bəzi tanınmışların intim videolarının yayılmasına münasibət bildirən  “Planet Parni iz Baku” teatrının bədii rəhbəri Tahir İmanov deyib. Əməkdar artist Moderator.az-a açıqlamasında həyatda hamının səhvinin ola biləcəyini vurğulayıb:

“Mənə qalsa, bu məsələni şişitməzdim. İnsanıq, hamımızın səhvi var. Məlum olduğu kimi, o insanlar işdən azad olundular, öz cəzalarını aldılar. Bəs biz niyə hələ də onları mühakimə və müzakirə edirik, bunu başa düşə bilmirəm. Məgər biz səhv etməmişik? Əlbəttə ki, biz də səhv etmişik, amma onu heç kim bilməyib. Təəssüflər olsun ki, onlar bütün ölkədə belə tanındılar. Amma mən buna nə sevinərdim, nə də onları mühakimə edərdim. Özüm də digər insanlar kimi səhvlər, günah içindəyəm”. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər