Şən Hazırcavablılar Klubunun üzvü (KVN), Əməkdar artist Tahir İmanov Murad Dadaşovun “Telekanal olaraq maarifləndirməliyik, amma ay sonu Xəzər TV-nin 600-ə yaxın işçisinə maaş verməliyəm” sözlərinə sərt şəkildə reaksiya verib.
Yenisabah.az Bizim.Media-ya istinadla xəbər verir ki, o, “YouTube”da yayımlanan “AStar” layihəsində Dadaşovun fikirlərinin səhv olduğunu bildirib.
“Bu, ayrı-ayrı mövzulardır. Murad Dadaşovun söylədiyi “Telekanal olaraq maarifləndirməliyik” cümləsində nöqtə olmalıdır. Vergül “amma” olmalı deyil. Mən razı deyiləm. Mən Azərbaycan Respublikasının vətandaşı, siravi, kiçik... Hamısını qoyuram bir kənara. “Maariflənmək vacibdir” və nöqtə”, - deyə Əməkdar artist vurğulayıb. Dominos pizza
Lahiyənin aparıcısı Ülvira Qarayevanın “Bəs Murad Dadaşov kanalda çalışan 600-ə yaxın işçinin maaşını necə versin” sualına T. İmanov belə cavab verib:
“Çəkil qırağa, işləmə. Özəl televiziyalar bağlansın və ya birləşsin. Eyni formatda nə qədər axı kanal ola bilər. Televiziyalar bir-birindən format baxımından ayrılmalıdır. İstənilən telekanala format verilsin. Biri əyləncəli, digəri yumoristik, başqası da yumoristik olsun və sayra...
“Viniqred” olanda belə olurdu... Mən onu bilirəm ki, bayağı musiqini təbliğ etməklə iş düzəlməyəcək. Bu çox böyük problemlərə gətirib çıxaracaq. Artıq gətirib çıxarıb. Burada xüsusi bir yanaşma olmalıdır. Əgər həmin o kanallar aralarında danışsalar, “Centlemen” müqaviləsi bağlasalar, biz yalnız əsl mədəniyyətimizi, musiqimizi, sənətkarları təbliğ edəcəyik... İnanın mənə ki, tamaşaçılar ona da baxacaq, onlar da reytinq gətirəcək, öz işçilərinə maaş verə biləcəklər. Məsələ bundadır”.
Telegram kanalımız