“Ermənilər Hindistandan gəlmə köçəri tayfadırlar. Tarixi hadisələr bunu sübut edir. Ümumiyyətlə, hindlilərlə onların arasında əzəldən yaxşı münasibətlər var”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsinin Erməni Araşdırmaları Elmi-Tədqiqat və Tədris Mərkəzinin böyük elmi isçisi İsmayıl Tanrıverdi deyib.
Ermənişünas-alimin sözlərinə görə, Ermənistan ermənilərinin hindlilərlə bağlı olsa da, onlar Qarabağ ermənilərinə düşməndirlər:
“Ermənistan ermənilərini (hay) Qarabağ ermənilərindən (şurtvats) fərqlənir. “Şurtvats” sözün mənası “çevrilmiş”, “dönmə” deməkdir. Onlar Qarabağda olan alban kilsələrini özününküləşdirib qriqoryan kilsəsi etdilər. Qarabağ erməniləriylə hayların arasında dil fərqi çoxdur. Qarabağlılar hər cümlədə 2-3 Azərbaycan sözü işlədirlər. Haylar da buna görə, onlara lağ edirlər. Münasibətləri o qədər də yoxdur”.
İsmayıl Tanrıverdi deyib ki, ermənilər Qarabağ ərazisini və orada olan tarixi özününüküləşdirmək üçün şurtvartslarla yaxınlıq ediblər:
“Lakin 44 günlük müharibədə Qarabağdan Ermənistana köçən Hadrut və Şuşa camaatının hamısı demək olar ki, haylarla yola getmir. Taksiyə minəndə onları söyüb düşürürlər, aparmırlar ki, siz erməni deyilsiniz.
Separatçıların “rəhbərliyi” Livandan və Suriyadan gələn ermənilərə o torpaqları kirayə verdi. Gəlmə ermənilərlə Qarabağ ermənilərinin aralarında bəzi narazılıqlar əmələ gəlirdi”.
Onların içində 1828-ci ildən zorla köçürülmüş ermənilər də var və onlar da Qarabağ erməniləriylə qaynayıb-qarışıblar. Amma yekunda şurtvatslarla haylar fərqli millətlərdir”, – deyə İsmayıl Tanrıverdi fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız