Talıb Talenin keçmiş sevgilisi: “Məni aldatdı, almadı”

saytların hazırlanması

Evə çatdırılma

Talıb Talenin keçmiş sevgilisi: “Məni aldatdı, almadı”

Şou

18 Sentyabr 2019 12:51 1251


Müğənni Talıb Talenin keçmiş sevgilisi "Ay Zaur" verilişinə açıqlama verib.

"Yeni Sabah" axşam.az-a istinadən bildirir ki, sözügedən video aylar əvvəl lentə alınsa da, sosial şəbəkədə indi yayılıb. Xanım Talıbın onu aldatdığını, ailə qurmadığını vurğulayıb:

"Talıbla iki il sevgili olduq. O, məni, mən onu çox sevirdik. Ailəmiz də münasibətimizi bilirdi, çünki ciddi fikirləşirdik. Bir gün ona elçi göndərməsini dedim. Qayıtdı ki, evlənmək istəmirəm, karyera quracam. Artıq müğənnilik karyerasına başlayırdı. Özü bunu bilmir, pis depressiyaya düşdüm, ətrafda hamı bildi. Özümü pis hiss edirdim ki, məni aldatdı, almadı. Sezar pizza

Sonra eşitdim ki, başqasıyla nişanlanıb. Məni çox sevdiyini deyirdi, mənə qarşı etdiyini başa düşmədim. Yenə də xoşbəxt olsun, nə deyim".

Xanımı tanıdığını inkar edən Talıb "Sevdiyim qız olub, amma heç vaxt deməmişəm "sevirəm". Bu qızı tanımıram. İki il birlikdə olmağımız isə heç vaxt mümkün deyil" cavabını verib.

Qeyd edək ki, Talıb bir il bundan əvvəl başqa xanımla nişanlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!