"Biz 1351-ci il (miladi 1971-ci il) Hirmənd müqaviləsinə sadiqik, amma Kamal Xanda su yoxdur!"
Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, bu "Taliban" hökumətinin bəyanatında deyilir.
Söhbət İran prezidenti İbrahim Rəisinin təhdidi ilə bağlıdır. Bir müddətdir ki, ölkənin Sistan və Bəlucistan vilayətində su qıtlığı yaşanır. Bu bölgənin su təminatı Əfqanıstan ərazisindəki su bəndləri vasitəsi ilə təmin olunurdu. Su çatışmazlığı İbrahim Rəisini səfərdə olduğu Sistan və Bəlucistandan "Taliban" hökumətini təhdid etməsi ilə nəticələnib. Toyuqlu pizza
Xatırladaq ki, İ. Rəisi bildirmişdi: "Bunu ciddi qəbul edin ki, daha sonra prezidentin Əfqanıstan hakimiyyətinə su hüququ ilə bağlı ultimatumundan şikayət etməyəsiniz".
"Son bir neçə ildəki quraqlıq Hirmandın suyun səviyyəsinin azalmasına səbəb olub. Kəcəki bəndinin qapıları açılsa, havanın istisindən su Kamal Xan bəndinə çatmaz", - deyə "Taliban"ın cavab bəyanatında qeyd olunub.
Telegram kanalımız