Tanınmış aktrisa: “İnsanlar çox xaindir” 

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış aktrisa: “İnsanlar çox xaindir” 

Şou

25 Noyabr 2023 17:15 905


"Adətən doğum günümdə olmayan şeylər üçün arzular tutardım. İndi isə həyatımda olanların daim mənimlə qalmasını arzuladım. Sən demə, mən dünyanın ən zəngin insanıymışam, bəzən fərqinə varmırdım bəlkə də".

Yenisabah.az xəbər verir ki, bu sözləri aktrisa Aydan Axundzadə sosial şəbəkədə yazıb. Ad günü olan sənətçi arzularını bu sözlərlə bölüşüb:

"Açılan hər səhərim, yediyim hər nemət, gördüyüm işıq və rənglər, eşitdiyim xoş səslər, məni yorulmadan aparan ayaqlar, sevdiyim və varlığıyla ayaqda durduğum insanlar, məni tonusda saxlayan işim və qəlbimə qəribə şəkildə sığışan kainat boyda sevgi ilə inanılmaz güclü və varlıymışam. pizza

Təki hər kəs istəklərinə qovuşsun. Təki hər kəs sağlam və tox olsun. Yaradan hər birinizin qəlbini sonsuz nuruyla işıqlandırsın ki, gözəlliklərin və xoşbəxtliyin xırda amillərdə olduğunu görə biləsiniz. Həyat çox qısadır. Ömür çox kövrəkdir. İnsanlar bəzən çox xaindir. Sınmayın, küsməyin, qınamayın. Hər kəs hər gün sizin bilmədiyiniz, görmədiyiniz mübarizənin baş qəhərmanıdır. Sizə, ruhunuza yaxın insanları bağrınıza basın və yolunuza davam edin". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!