Tanınmış azərbaycanlı müğənni 2 rayonu birləşdirən yol çəkdi 

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış azərbaycanlı müğənni 2 rayonu birləşdirən yol çəkdi 

Sosial

12 Avqust 2026 14:23 147


Tanınmış müğənni, xalq mahnılarının mahir ifaçılarından olan Xanhüseyn Hüseynov doğma kəndi üçün diqqətçəkən təşəbbüsə imza atıb.

“Yeni Sabah” "Bakupost"a istinadla bildirir ki, əslən Lerik rayonunun Gendov kəndindən olan, hazırda Biləsuvarda yaşayan sənətçi Yardımlı rayonunun Bilnə kəndi ilə Lerikin Gendov kəndini birləşdirən yolu öz vəsaiti hesabına abadlaşdırıb.

Bilnə və Gendov coğrafi baxımdan bir-birinə yaxın kəndlər olsa da, aralarındakı yol uzun illər avtomobillərin normal hərəkəti üçün yararsız vəziyyətdə olub. Yoldan əsasən yüksək keçid qabiliyyətli avtomobillərlə istifadə etmək mümkün idi. Dördpendirli pizza

Xanhüseyn Hüseynovun təşəbbüsü ilə yol genişləndirilib, hamarlanıb və avtomobillərin normal hərəkəti üçün yararlı vəziyyətə gətirilib. Yola asfalt örtüyü çəkilməsə də, əvvəlki vəziyyətlə müqayisədə gediş-gəliş xeyli asanlaşıb.

Görülən işlərin ən mühüm hissələrindən biri isə Gendov çayı üzərində körpünün salınmasıdır. Körpünün tikilməsi ilə iki kənd arasında avtomobillərin hərəkətinə mane olan əsas problemlərdən biri aradan qaldırılıb.

Bu təşəbbüsün əhəmiyyəti yalnız iki kənd arasında yolun açılması ilə məhdudlaşmır. Bilnə ilə Gendovun birbaşa avtomobil yolu ilə birləşdirilməsi faktiki olaraq Yardımlı və Lerik rayonları arasında daha qısa yol bağlantısının yaranması deməkdir.

Beləliklə, Xanhüseyn Hüseynovun şəxsi təşəbbüsü ilə görülən iş iki qonşu kəndi deyil, həm də iki rayonu bir-birinə daha da yaxınlaşdırıb.

Qeyd edək ki, Xanhüseyn Hüseynov ötən əsrin 80-90-cı illərində "Sən şamsan əgər", "Mədinə", "Səadət", "Yandırdı məni" və digər mahnıların ifası ilə geniş tanınıb. Amma o, məclislərdə daha çox"Çahargah" və "Segah" muğamlarını ifa edib.

Xanhüseyn Hüseynovun oğlu İlham Hüseynov (İlham Xanhüseynoğlu) da atasının sənət yolunu davam etdirir və müğənni kimi fəaliyyət göstərir. Ata və oğul müxtəlif televiziya proqramlarında birlikdə də çıxış ediblər.

Xanhüseyn Hüseynov həm də Rusiya və MDB məkanında JONY adı ilə məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynlinin əmisidir. JONY uşaqlıq illərində gələcəkdə əmisi kimi müğənni olmaq istədiyini deyib. 2023-cü ildə Bakıda keçirilən konsertdə isə əmi və qardaşı oğlu "Sən şamsan əgər, pərvanən olum" mahnısını birlikdə ifa ediblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!