Tanınmış azərbaycanlı rəssam koronavirusdan vəfat etdi - Fotolar
11 May 2021 15:14
751

Tanınmış azərbaycanlı rəssam koronavirusdan vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı rəssam Eldar Zeynalov vəfat edib.

Yenisabah.az xəbər verir ki, rəssam Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Qeyd edək ki, E.Zeynalov bir neçə dəfə ürək əməliyyatı keçirib.

Qeyd edək ki, E.Zeynalov 1961-ci ildə Naxçıvan şəhərində doğulub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Moskva Memarlıq İnstitutunu, Beynəlxalq Bioenerji texnologiya Akademiyasını bitirib.

Rəssam uzun illər İtaliyada yaşayıb. Əsərləri İtaliyada, Avstraliyada, Yeni Zelandiyada, ABŞ-da, Yaponiyada, Avropa ölkələrində, Türkiyədə, Pakistanda, İranda və digər ölkələrdə nümayiş olunub.

/Oxu.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər