Tanınmış cütlük ayrılıb? -  “Mən bunu gizlədirdim axı...“

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış cütlük ayrılıb? - “Mən bunu gizlədirdim axı...“

Şou

08 Sentyabr 2022 11:11 1143


Uzun müddətdir məşhur cütlük Ülviyyə Xəlilbəyova və Murad İsmayılovun ayrılıq xəbərləri yayılıb. 

Yenisabah.az xəbər verir ki, buna səbəb onların əvvəl birlikdə tez-tez paylaşım etməsi, son vaxtlar isə bunu dayandırması olub. Hətta cütlük bir neçə gün əvvəl bir-birini “İnstagram”da izləmədən də çıxarıb. 

Ülviyyə Xəlilbəyli izləyicilərinin ona bu haqda ünvanladığı suallara kinayəli cavablar verib: pizza sifarişi

- Bəlkə də gündəmdə olmaq üçün həyat yoldaşınızla belə oyunlar qurursunuz?

- Mən bunu gizlədirdim axı… Necə bildiniz?

- Atmacalı statuslar yazırsınız, izləyiciləriniz də bezir, hərənin dərdi özünə bəsdir...

- Sizin səhifənizdə paylaşdığımı unutmuşdum, üzr istəyirəm.

- Ailənizin dağılması haqda niyə açıqlama vermirsiniz? Onsuz da üzə çıxacaq

- Sən də “start”da dayanmısan? İcazə verirəm, yaxınlaşa bilərsən. Gözü dolusu görəsən.

- Yoldaşınızla problemləriniz var, bəllidir, izləyiciləriniz də artıq bezib.

- Mənim problemim varsa, siz niyə bezmisiniz? Hər cür adam var...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!