Tanınmış jurnalist Hidayət Elvüsal vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış jurnalist Hidayət Elvüsal vəfat etdi

Hadisə

08 Sentyabr 2024 11:45 855


Tanınmış jurnalist, publisist Hidayət Elvüsal vəfat edib.

Bu barədə Modern.az-a onun dostları məlumat veriblər.

Hidayət Yunis oğlu Elvüsal 1949-cu ildə Kəlbəcər rayonunda anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və yerli radioda çalışıb. Marqarita pizza

Sonrakı illərdə “Azərbaycan gəncləri”, “Kommunist”, “Səhər” və başqa qəzetlərdə işləyib.

Hidayət Elvüsal "Səhər" qəzetində çalışarkən "Belə-belə işlər" adlı rubrikası ilə məşhurlaşmışdı. O, dövrün problemlərini "Belə-belə işlər"də satirik üslubda qələmə alırdı. 

Allah rəhmət eləsin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!