Tanınmış meyxanaçı “bomj“ həyatı yaşayır - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış meyxanaçı “bomj“ həyatı yaşayır - VİDEO

Şou

14 Aprel 2023 09:04 11332


Məşhur “Lotular” mahnısının ifaçısı Elşən Binəqədi küçədə yaşayır. 

Yenisabah.az xəbər verir ki, bu barədə Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində məlumat verilib. 

17 il həbsdə olan meyxanaçı artıq üç ildir ki, küçədə qalır.  pizza sifarişi

Elşən Binəqədinin sözlərinə görə, içki düşkünü olandan sonra həyatı dəyişməyə başlayıb. İndi isə plastik qablar, dəmir yığıb satmaqla çörəkpulu qazanır. 

O, mərhum meyxanaçı Vüqar Biləcəri ilə bağlı xatirələrini də bölüşüb: “Ölməmişdən 3-4 ay əvvəl maşınla gedirdik. Füzuli meydanından keçəndə düşdük, şairin ruhuna Yasin oxuyub, baş əydi. Ona dedilər ki, ay Vüqar, daşa baş əyirsən? Vüqar dedi ki, onun sənətinin qabağında baş əyirəm”. 

E.Binəqədi mərhum meyxanaçının məzarını tez-tez ziyarət etdiyini deyib.

Ətraflı verilişi təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!