Tanınmış müğənni 73 kilo arıqladı, ancaq bunları yeyir - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış müğənni 73 kilo arıqladı, ancaq bunları yeyir - FOTOLAR

Şou

25 Sentyabr 2026 09:02 88


73 kilo arıqlayan türkiyəli müğənni Işın Karaca bu dəfə gün ərzində nə qəbul etdiyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, illər ərzində gündə bir dəfə qidalanaraq 73 kiloqram çəki itirən Karaca arıqlamaq istəyənlərə tövsiyələrini bölüşüb. Karaca Kiprdə səhnəyə çıxarkən görünüşündəki dəyişiklikdən danışıb. O, hazırda 36 ölçülü geyimlərdən istifadə etdiyini və bundan çox məmnun olduğunu bildirib.

“Əvvəllər üst geyimlərim 52, alt geyimlərim isə 48 ölçü idi. İndi paltarlar üzərimə dərhal oturanda çox sevinirəm”, - deyə müğənni qeyd edib. pizza mizza

Karaca bildirib ki, çəki verdikdən sonra ayaqları daha çox nəzərə çarpmağa başlayıb. O, qidalanma rejiminə hər zaman tam əməl etmədiyini də deyib.

Müğənninin sözlərinə görə, həyat yoldaşı Can Yapıcıoğlu ilə bəzi günlər 2-3 gün ərzində səhərdən axşama qədər yemək yeyirlər. Lakin müəyyən müddətdən sonra özlərini saxlayaraq yeməyi dayandırırlar.

O, gün ərzində çox acdıqda dişlərini fırçaladığını söyləyib. Bundan başqa, gündə bir dəfə yeməkdən əlavə yalnız ayran, kefir və ya su qəbul etdiyini bildirib.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!