Tanınmış müğənni zəlzələyə görə ana olmaqdan imtina etdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış müğənni zəlzələyə görə ana olmaqdan imtina etdi - FOTO

Şou

30 Aprel 2025 17:32 422


Türkiyəli müğənni Aydilge həyat yoldaşı ilə birlikdə uşaq sahibi olmaqla bağlı qərarlarını bölüşüb.

Yenisabah.az xəbər verir ki, ifaçı  2018-ci ildə violin ifaçısı Utku Barış Andaç ilə ailə qurduqdan sonra bu barədə ilk dəfə danışıb.

İştirak etdiyi bir proqramda "Uşaq sahibi olmaq istəyirsiniz?" sualına cavab verən Aydilge belə deyib:

"Bu dövrdə düşünmürük. Uşaq sahibi olmaqdan qorxuram. Utku da məni buna məcbur etmir."

Aydilge əlavə edib ki:

"İstanbulda yaşayırıq. Bildiyiniz kimi, zəlzələ çox böyük riskdir. Heç olmasa, İstanbuldan köçənə qədər uşaq sahibi olmağı düşünmürük. Zəlzələdən doğrudan da çox qorxuruq."

Pandemiya dövründə həyat yoldaşı ilə birgə ev şəraitində musiqi yaradaraq vaxt keçirdiklərini və bu müddət ərzində 9 mahnıdan ibarət bir albom ərsəyə gətirdiklərini də vurğulayıb.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!