Xüsusi karantin rejimi zamanı gizli fəaliyyət göstərən idman zalları tez-tez aşkar olunurdu. Zallara getmək qadağan olsa da gizli şəkildə məşq edənlər də az deyildi.
Bir müddət əvvəl Operativ Qərargah bəzi yumşalmaların olacağını elan etdi. Əsas məqamlardan biri də odur ki, yumşalmalar zamanı COVID pasportu olanlar üstünlük qazanacaqlar.
Mayın 31-dən yumşaldılan karantin qaydalarına görə, Azərbaycanda açıq havada maska məcburiyyəti aradan qaldırılıb, uzun müddətdir ki, işləməyən Bakı metrosu öz fəaliyyətini bərpa edib. pizza mizza
Lakin idman zallarına maskasız getmək mümkün olsa da, Covid pasportu mütləq tələb olunacaq.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan rejissor, aktyor Kənan Mahmudov (Kənan MM) gizli fəaliyyət göstərən zalların daha təhlükəsiz olduğunu iddia edib:
“Karantin zamanı insanlar gizli-gizli məşq edirdilər, mən də daxil olmaqla gizli məşq edirdik, o daha təhlükəsiz idi, nəinki indi COVİD pasportu ilə gedəcəyimiz zallar. COVİD pasportu ilə insan özünü ikiüzlü kimi, ikili vətəndaş kimi hiss edir. Heç insanların idman etməyə motivasiyası da yoxdur. Heç bilmirəm, qarışıq durumdur”.
Əsmətxanım
Telegram kanalımız