“Tankın qabağına çıxan oğlanları pulun qarşısında sındırmayın“   - ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

“Tankın qabağına çıxan oğlanları pulun qarşısında sındırmayın“ - ETİRAZ

Şou

06 Yanvar 2021 12:03 1579


“Bəsdirin, qaziləri bəhanə edib özünüzü reklam etdiniz. Tankın qabağına çıxan oğlanları pulun qarşısında sındırmayın. Nə edirsinizsə, gizlin edin”.

Yenisabah.az xəbər verir ki, bunu müğənni Nura Suri həmkarları haqda deyib.

O, qeyd edib ki, Vətən uğrunda döyüşən insan təmənna güdmür: Pepperoni pizza

“Hamımızın borcudur torpağı, vətəni qorumaq - kişili, qadınlı. Valideyinlərimin hər ikisi qazidir. Prezidentin qərarına əsasən qazi və şəhid ailələrinə maddi dəstək olunur. Hərə əlinə bir telefon alıb video çəkir. Dünya baxır e, bizə. Etməyin belə. O boyda qalibiyyəti ucuzlaşdırmayın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!