Tapança satmaq istəyərkən polis yaxaladı 

saytların hazırlanması

Evə çatdırılma

Tapança satmaq istəyərkən polis yaxaladı 

Kriminal

09 Yanvar 2024 16:02 383


Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Şöbəyə əvvəllər məhkum olunmuş paytaxt sakini 1962-ci il təvəllüdlü Əziz Zeynalovda silah olması barədə əməliyyat məlumatı daxil olub. 

Həmin şəxs saxlanılıb və onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və 2 ədəd sandıqça aşkar edilərək götürülüb. Ə.Zeynalov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.  Dördpendirli pizza

Faktla bağlı 19-cu Polis Şöbəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!