Tarixi binanın damında qanunsuz tikili söküldü -   “Ərazi nəzarətə götürülüb“

saytların hazırlanması

Evə çatdırılma

Tarixi binanın damında qanunsuz tikili söküldü - “Ərazi nəzarətə götürülüb“

Sosial

02 İyul 2022 11:41 1055


Bakının mərkəzində memarlıq abidəsi sayılan binanın damında aparılan tikinti işləri dayandırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb. 

Müəyyən olunub ki, İslam Səfərli küçəsi, 12 ünvanında 1880-ci ildə inşa olunmuş tarixi memarlıq abidəsi olan həmin binanın dam örtüyündə binanın sahibkarı tərəfindən mansard inşa olunur. Sezar pizza

Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları tərəfindən dərhal müvafiq tədbirlər görülüb və sahibkara xəbərdarlıq edilib.

Kommunal-təsərrüfat birliyinin nümayəndələri sahibkarı tikintini sökməyə məcbur ediblər:

"Hazırda həmin yer sökülür. Ərazi ciddi nəzarətə götürülüb", - deyə BŞİH-dən bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!