HBO televiziya kanalının “Game of Thrones” (Taxt oyunları) serialı ilə bağlı yeni layihə hazırlığında olduğu iddia olunub.
“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, bu serial "Taxt oyunları"nın bəhs etdiyi tarixdən 300 il əvvəli əks etdirəcək.
İddialara görə serial daha çox Tarqeryan ailəsinə fokuslanacaq. Serialın senarisi “Taxt oyunları” kitabının yazarı R.R.Martinin “Atəş və qan” adlı kitabı əsasında yazılacaq. Toyuqlu pizza
Qeyd edək ki, HBO-nun bu günə qədər ən çox izlənən və gəlir gətirən layihəsi “Game of Thrones” 32 “Emmi” mükafatına namizəd olub.
Əsmətxanım
Telegram kanalımız