Tbilisi hava limanında gərginlik: Saxlanılanlar var

saytların hazırlanması

Evə çatdırılma

Tbilisi hava limanında gərginlik: Saxlanılanlar var

Dünya

19 May 2023 17:00 951


Gürcüstan polisi 4 illik fasilədən sonra Rusiyadan gələn ilk təyyarənin eniş etdiyi Şota Rustaveli hava limanını mühasirəyə alıb.

Yenisabah.az “Radio Tavisupleba”ya istinadla xəbər verir ki, uçuş “Azimut” aviaşirkəti tərəfindən həyata keçirilib.

Hava limanına toplaşan çoxsaylı polis qüvvələri ilə yanaşı, onlarla jurnalist, əllərində Avropa İttifaqı və Ukrayna bayraqları olan Rusiya Federasiyası ilə Gürcüstan arasında hava hərəkətinin bərpasına etiraz edən vətəndaşlar olub. pizza sifarişi

Etirazçılar Tbilisi Beynəlxalq Hava Limanı yaxınlığında yolu bağlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları “Droa” müxalifət partiyasının sədri Elene Xoştariya da daxil olmaqla, bir neçə nəfəri hava limanı yaxınlığındakı ərazidən çıxarıblar. Daha bir neçə nəfər saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!