Tbilisi Rusiyaya gedən hərbi texnikanı məhdudlaşdırır - ABŞ rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

Tbilisi Rusiyaya gedən hərbi texnikanı məhdudlaşdırır - ABŞ rəsmisi

Dünya

28 İyul 2023 21:45 770


"İstəyirik ki, gömrük xidmətləri Gürcüstan sərhədindən bütün malların - hava və ya quruda daşınmasına tam nəzarət etsin. Digər məsələlərlə yanaşı, Gürcüstandan Rusiyaya uçan təyyarələrə nə yükləndiyini bilmək bizim üçün vacibdir".

Yenisabah.az Novosti Qriziya-ya istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sanksiya siyasətinin koordinatoru Ceyms O`Brayen deyib.

“Düşünürəm ki, Gürcüstanda ümidverici xəbərlərimiz var. Gömrük xidmətləri Rusiyaya hərbi texnikanın tədarükünü məhdudlaşdırmaq üçün real addımlar atır. Avropa İttifaqından və Böyük Britaniyadan olan həmkarlarımla Tbilisidə oldum. Gürcüstan şəffaflıq baxımından yaxşı tərəfdaşdır. İndi sual ondan ibarətdir ki, gələcəkdə dəqiq məlumat əldə edə biləcəyik və Gürcüstan və Rusiya arasında bərpa olunan uçuşların baş verməsinə aydın şəkildə nəzarət edə biləcəyik”, - deyə O’Brayen vurğulayıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!