Tbilisidəki vəziyyət ABŞ-ın diqqət mərkəzindədir - Prays

saytların hazırlanması

Evə çatdırılma

Tbilisidəki vəziyyət ABŞ-ın diqqət mərkəzindədir - Prays

Dünya

08 Mart 2023 09:46 654


Birləşmiş Ştatlar Gürcüstandakı hadisələri diqqətlə izləyir.

Yenisabah.az VOA-ya istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Bu sözlər Gürcüstan polisinin Tbilisinin mərkəzində “xarici agentlər” haqqında qanun layihəsinə qarşı çıxan nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməsindən sonra səslənib. Pepperoni pizza

Prays vurğulayıb ki, dinc nümayişçilərə öz hüquqlarını həyata keçirməyə icazə verilməlidir.

Gürcüstan prezidenti Salome Zurabişvili etirazçıları dəstəkləyib və ölkə parlamentinin bu qanunu qəbul edəcəyi təqdirdə “xarici agentlər” haqqında qanuna veto qoyacağını vəd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!