TƏBİB Samuxda kütləvi zəhərlənməyə dair məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB Samuxda kütləvi zəhərlənməyə dair məlumat yaydı

Hadisə

15 İyul 2026 17:51 66


TƏBİB Saxumda kütləvi zəhərlənməyə dair məlumat yayıb.

"Yeni Sabah" xəbər verir ki, iyunun 15-i saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla, 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir. Marqarita pizza

Hadisə rayonun Alıuşağı kəndində baş verib.

İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb. Halvanı yeyən ev sakinləri və qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!