Hava limanında sərnişinlərin baqajından külli miqdarda dərman və siqaret çıxıb.
Bu barədə "Yeni Sabah"a Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən məlumat verilib.
Bildirilib ki, gömrük əməkdaşlarının keçirdiyi kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində üç fakt üzrə gömrük nəzarətindən gizlədilən dərman vasitələri və siqaretlər aşkarlanıb. pizza sifarişi
Belə ki, Təbriz-Bakı aviareysi ilə Azərbaycana gələn üç vətəndaşın baqajına stasionar rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı şübhəli təsvirlər müəyyən edilib.
Yoxlama zamanı baqajlardan 12 440 ədəd həb, 4066 ədəd kapsul, 162 ədəd və 41 qutu maye məhlul, 120 paket toz halında məhlul, 70 ədəd şam, 2 qutu iynə, 58 qutu və 613 ədəd maz, 1 qutu gel, həmçinin 4460 ədəd siqaret aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Aytac Əliyeva
Telegram kanalımız