TƏCİLİ: Bu ərazilərdəki torpaqlar bahalaşır - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ: Bu ərazilərdəki torpaqlar bahalaşır - VİDEO

Sosial

24 Mart 2024 13:04 1308


Torpaq bazarında canlanma gözlənilir. 

Yenisabah.az xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Xəzər Xəbər”ə açıqlama verib. Onun sözlərinə görə, bu aktivlik mövsümlə əlaqədardır və fərdi yaşayış evlərinin tikintisinə əsasən yaz-yay aylarında üstünlük verildiyi üçün torpaq alqı-satqısında canlanma müşahidə olunacaq: 

“Hazırda Bakı, Abşeron və paytaxta yaxın digər ərazilərdə fərdi həyət evləri üzərindən tikinti işləri demək olar ki, başlanılıb. Yeni qaydalara əsasən artıq təyinatı yaşayış məntəqələri üçün nəzərdə tutulmayan və çıxarışı olmayan torpaq sahələrində tikintilərin aparılması qadağan olunduğuna görə, tələbat daha çox çıxarışlı və təyinatı yaşayış məntəqəsi olan torpaqlaradır. Bu ərazilərin də qiymətlərində ötən ildən başlayaraq ciddi artım müşahidə edilir”.  pizza mizza

Ekspert bildirib ki, tələbatın artması torpaq bazarındakı qiymətlərə də təsir edəcək. O, həmçinin, bölgələrdəki torpaq sahələrindən də söz açıb: 

“Mart ayının sonundan torpaq bazarında canlanma başladıqca, ortalama avqust ayının sonuna qədər qiymətlərdə təqribi 10-15 faizə qədər artımlar olacaq. Bakı, Abşeron, xüsusilə dənizkənarı ərazilərdə bağ və fərdi yaşayış evləri məhdud olduğuna görə, vətəndaşlar daha çox turistik zonalar olan bölgələrə üz tuturlar. Daha çox tələbat Qəbələ, İsmayıllı, Quba, Qusar, Xaçmaz və Cənub zonalarınadır. Həmçinin, Gəncəbasar zonasına da son illərdə tələbat artıb. Bu səbəbdən həmin bölgələrdəki torpaq qiymətlərində də artımlar nəzərə çarpır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!