TƏCİLİ! Rusiya bu ölkələrə hücuma hazırlaşır - Strateji ərazilər HƏDƏFƏ ALINDI

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ! Rusiya bu ölkələrə hücuma hazırlaşır - Strateji ərazilər HƏDƏFƏ ALINDI

Dünya

11 Avqust 2026 00:50 98


Şərqi Avropa ölkələri və Baltikyanı region üzərində növbəti geosiyasi gərginlik dalğası yüksəlməkdədir.

"Yeni Sabah" xəbər verir ki, nüfuzlu "Reuters" agentliyinin kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, Moskva tərəfindən Polşa, eləcə də Latviya və Litvanın həyati əhəmiyyət daşıyan infrastrukturuna – o cümlədən su bəndlərinə, iri enerji stansiyalarına və strateji qaz anbarlarına qarşıdiversiya xarakterli hücumlar planlaşdırıla bilər.

Yaranmış real təhlükə fonunda rəsmi Vilnüs və Riqa dərhal hərəkətə keçərək ölkə ərazisindəki kritik obyektlərin təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə qaldırıblar. Latviya xüsusi xidmət orgalarının əldə etdiyi bilgilərə görə, rusiyalı hərbi strateqlər gələcək hücumları məhz Ukrayna bayrağı altında, yəni saxta bayraq əməliyyatları (false flag) çərçivəsində həyata keçirməyi nəzərdən keçirirlər. Sezar pizza

Təhlükənin miqyasını nəzərə alan Litva ordusu artıq ölkənin strateji nöqtələrində – Klaipeda şəhərindəki maye qaz (LNG) terminalında, neft qovşaqlarında, Polşa ilə sərhəddəki enerji xətlərində və nəhəng Kruonis su-elektrik stansiyasında gücləndirilmiş xidmətə keçib. Eynilə Latviyada da Daugava çayı üzərində qurulan bəndlərin, həmçinin ölkənin əsas enerji ehtiyatı sayılan İnçukalns yeraltı qaz anbarının mühafizəsi ikiqat artırılıb.//Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!