Təcili yardımın əməkdaşı avtomobilində qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

Təcili yardımın əməkdaşı avtomobilində qətlə yetirildi

Hadisə

23 Oktyabr 2024 11:25 592


Ötən gün saat 21 radələrində Göyçay rayonunun Potu kəndində qətl hadisəsi baş verib. 39 yaşlı Asif Eminov kəsici alətlə öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən Xəyal Mənsimov polisə təslim olub.

Yenisabah.az  Modern.az-a istinadla xəbər verir ki, hadisə öldürülən şəxsin avtomobilində baş verib.

Asif Eminov ailəli olub və Göyçay rayonunda Təcili Tibbi Yardım Xidmətində çalışıb. Ailə üzvləri Potu kəndində yaşasa da, özü rayon mərkəzində yaşayırmış. pizza hut

Bildirilir ki, Asif Eminov və Xəyal Mənsimov arasında əvvəllər də mübahisə yaşanıb. Qətl hadisəsinin həmin mübahisəyə görə törədildiyi qeyd olunur.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Xəyal Mənsimov iş üzrə şübhəli şəxs qismində tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!