““Təhminə” ən zərərli filmlərimizdəndir. Təhminəyə görə yox: istedadlı, xoşbəxtlik axtaran bədbəxt qızdır. Zaura görə: avara, atasının hesabına yaşayan yekəbaş gədədir”.
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri tanınmış hüquqşünar Əkrəm Həsənov sosial şəbəkədə paylaşıb. FHN-də Zaur adlı polkovniklə bağlı baş verən son qalmaqalın fonunda Ə. Həsənov fikirlərini belə davam etdirib:
“Amma təəssüf ki, qadınların xeyli hissəsinin belələrindən xoşu gəlir. Film də bu obrazı populyarlaşdırıb. Elə “Zaur” adını da. Nəticədə “zaur”ların sayı da artıb...” Dominos pizza
Telegram kanalımız