İranın Fordo nüvə obyektində uranın 60 faizədək zənginləşdirilməsinə başlanacaq.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayaıb.
Natanz nüvə obyektində 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatları artıb və Fordo nüvə obyektində ilk dəfə olaraq 60 faizə qədər zənginləşdirilmiş uranın istehsalına başlanılıb. Pepperoni pizza
Fordo qurğusunda yeni nəsil IR-6 sentrifuqaları köhnələrini əvəz edib, Natanz qurğusunda isə IR-4 və IR-2m sentrifuqalarının kaskadlarından istifadə olunur.
Tehran belə bir bəyanatla Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının İranla bağlı qətnaməsinin qəbulundan bir neçə gün sonra çıxış edib. Qətnamə layihəsini ABŞ və Avropa İttifaqı (Böyük Britaniya, Fransa və Almaniya) hazırlayıb. BAEA-nın Rəhbərlər Şurasının qətnaməsində Tehranın əməkdaşlıq etməməsi pislənilib və nüvə obyektlərində uran izlərinin olması ilə bağlı texniki cəhətdən etibarlı izahatlar tələb olunub.
Telegram kanalımız