Tehran Universiteti və M.V. Lomonosov Moskva Dövlət Universitetinin Kosmik Tədqiqatlar Fakültəsi birgə tədqiqat peykinin yaradılması üzərində işə başlayacaq.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu Tehran Universitetinin rektoru Məhəmməd Moqimi deyib.
O bildirib: “Biz razılaşdıq ki, yaxın gələcəkdə orbitə birgə tədqiqat peyki göndərə bilmək üçün iş iki həftədən sonra başlayacaq. Maliyyə məsələləri üzrə də ilkin razılıq əldə olunub”,. pizza hut
Moqimi iki ölkə arasında əməkdaşlıqdan, Rusiya və İran Universitetləri Rektorlarının VI Forumu zamanı əldə olunmuş razılaşmalardan danışaraq, bir aydan sonra həyata keçirilməsinə başlanacaq tələbə və müəllim mübadiləsinə dair razılaşmanı, həmçinin dual təhsil çərçivəsində ixtisasların yaradılması planlarının hazırlanmasını qeyd edib.
Telegram kanalımız