Böyük Britaniyanın İrandakı səfiri istəksiz də olsa, Saymon Şerklif rəngsaz olmaq məcburiyyətində qalıb.
Yenisabah.az xəbər verir ki, səfir bunu əks etdirən fotonu sosial şəbəkə hesabında yerləşdirib.
Diplomatı rəngsazlığa məcbur edən Tehrandakı səfirlik binasının darvazası və hasarına yazılanlardır. Fars dilindəki şüarların əksərində "Mərg bər Engelis" - "İngiltərəyə ölüm" qeyd olunub. pizza mizza
Başına Santa Klaus papağı qoyan Saymon Şerklif kiçik əl arabasında daşıdığı boya çəlləyi ilə foto çəkdirərək baş verənlərə münasibətini sərgiləyib
Saymon Şerkliffə səfirlik darvazasının təmizlənməsində Almaniya, Cənubi Koreya, Fransa, İtaliya, Braziliya və s. səfirliklərin əməkdaşlıqları da köməklik edib.
Telegram kanalımız