Təhsil müəsisələrində bu halda distant təhsil tətbiq edilə bilər - Nazirlik rəsmisindən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Təhsil müəsisələrində bu halda distant təhsil tətbiq edilə bilər - Nazirlik rəsmisindən AÇIQLAMA

Sosial

23 Sentyabr 2021 18:24 1128


Ali təhsil və orta ixtisas təhsil müəssisələrində auditoriyalara məhdudiyyət qoyulacaq.

Yenisabah.az xəbər verir ki, auditoriyanın 70 faizindən istifadəyə icazə veriləcək.

Bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli məlumat verib. pizza

Onun sözlərinə görə, tələbə sayı auditoriyadakı yerlərin 70 faizindən çoxdursa, tədris alternativ qaydalarda təşkil ediləcək:

"Qruplar növbəli şəkildə tədrisə cəlb oluna bilər və ya zərurət yarandıqda distant formada tədris təşkil oluna bilər. Əgər distant təhsildən söhbət gedirsə, burada müəllimlərin dərs saatında ciddi dəyişiklik olmayacaq, çünki həmin qrupun eyni vaxtda cəmlənməsi nəzərdə tutulur. Əgər növbəli şəkildə tədrisin təşkilindən söhbət gedirsə, bu halda, müəllimlərin dərs yükü arta bilər və bu da təhsil müəssisələrinin özləri tərəfindən tənzimlənəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!