Təhsil Nazirliyi 1 milyonluq mebel alıb?   - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Təhsil Nazirliyi 1 milyonluq mebel alıb? - Rəsmi açıqlama

Sosial

16 Fevral 2021 16:04 743


Ötən il Təhsil Nazirliyinin aparatı üçün mebel avadanlıqlarının alınması haqqında elan etdiyi tenderin məbləği ilə bağlı müzakirələrə aydınlıq gətirilib.

Yenisabah.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov özünün sosial şəbəkə hesabında bunları qeyd edib:

“Bir sıra media istifadəçiləri təəssüflər olsun ki, 2020-ci ildə Təhsil Nazirliyinə alınan mebel avadanlıqlarının məbləği ilə bağlı həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları səsləndirirlər. Bununla bağlı vaxtilə sosial mediada yer alan yanlış sualları cavablandırmışıq. Eyni zamanda bu yalan və böhtan xarakterli məlumatlar hələ də tirajlanır. Cəmiyyətdə bu tip yalan məlumatların qəsdən yayılması və ictimai diqqətin yanlış istiqamətə yönəldilməsi təəssüf doğurur. Bir daha xatırlatmaq istərdik ki, 2020- ci ildə Təhsil Nazirliyinin Aparatının mebel alışı xərcləri 16 109.04 ( 16 min 109 manat 4 qəpik) təşkil edib”. pizza hut

Qeyd edək ki, sosial şəbəkələrdə mebel avadanlığının alınması üçün   elan edilmiş tenderin 1 milyon manat həcmində olması ilə bağlı məlumatlar paylaşılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!