Təhsil sektorunun müdiri vəzifəsindən azad olundu

saytların hazırlanması

Evə çatdırılma

Təhsil sektorunun müdiri vəzifəsindən azad olundu

Sosial

22 Aprel 2026 15:04 136


Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Dostuyev Qələmşah vəzifəsindən azad edilib.

"Yeni Sabah" xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, D.Qələmşah sektor müdiri vəzifəsində işlədiyi dövrdə dərnək saatlarının təşkili, ümumtəhsil məktəblərində şagird davamiyyətinin aşağı olması, dərs saatlarının bölgüsü zamanı ciddi nöqsanların aşkar edilməsi halları müəyyən edilib, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğuna görə 20 fevral 2026-cı il tarixində Qələmşah Dostuyev barəsində töhmət intizam tənbeh tədbiri tətbiq edilib.

Qeyd olunub ki, həmçinin tabeliyindəki müəssisə rəhbərlərindən daxil olmuş şikayətlər əsasında yaradılmış komissiya tərəfindən aparılmış xidməti araşdırma nəticəsində qeyd edilənlər öz təsdiqini tapıb.

Xidməti araşdırmanın nəticələrinə əsasən, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Dostuyev Qələmşah Dostu oğlu dövlət qulluğundan azad edilib və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!