Teleaparıcının “Ərim məni döyür” açıqlaması qalmaqal yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Teleaparıcının “Ərim məni döyür” açıqlaması qalmaqal yaratdı

Şou

25 Aprel 2020 22:55 1302


“Orel i Reşka” verilişinin məşhur ulduz aparıcısı Regina Todorenkonun qadın zorakılığı barədə etdiyi sensasiyalı açıqlama Rusiya mətbuatında rezonansa səbəb olub.

Yenisabah.az xəbər verir ki, “YouTube”da “Peopletalk TV”yə müğənni həyat yoldaşı Vlad Topalovla bağlı qalmaqallı müsahibə verən Regina ailə problemlərindən danışaraq, bütün cütlüklərin mübahisə etdiyini və onların bir-birinə qışqıra biləcəyini deyib:

Sezar pizza

“Ərim Vlad məni döyür. Niyə? Heç düşünmüsən? Və səni döyməməsi üçün nə etdin? Və səni vurmaq üçün nə etdin?”

R.Todarenkonun məişət zorakılığı barədə açıqlaması izləyicilər tərəfindən qəzəblə qarşılanıb.

Sosial media əhli teleaparıcının ailədəki hücumlara haqq qazandırmasını birmənalı qarşılamayaq, onu ağ yuyub qara səriblər.

Reginanın bu qalmaqallı müsahibəsi ona baha başa gəlib. Belə ki, “Glamour” nəşri Todarenkoya verdiyi “İlin qadını” titulunu əlindən alaraq, bu adı daşımaqdan məhrum edib.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!