Qərbi Kaspi Universitetinin tələbələri təhsillərini İspaniyada davam etdirəcəklər.
Yenisabah.az-ın məlumatına görə, İspaniyanın Kastilya Dizayn İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında Avropa Birliyi təhsil proqramı olan Erasmus+ çərçivəsində imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən Qərbi Kaspi Universitetinin bakalavr pilləsinin Dizayn sahəsi üzrə təhsil alan iki tələbəsi 2021/2022 akademik ilinin payız semesterində Kastilya Dizayn İnstitutunda təhsil alacaq. Təhsil müddəti 4 ayı əhatə edəcək və hər ay ərzində tələbəyə yaşayış xərclərini qarşılamaq üçün 850 avro dəyərində təqaüd veriləcək, həmçinin tələbənin səyahət xərcləri də Erasmus+ proqram tərəfindən qarşılanacaq.
Bu məqsədlə Qərbi Kaspi Universiteti tələbələri arasında açıq müsabiqə elan edir. Müsabiqədə hal-hazırda Dizayn ixtisası üzrə təhsil alan II və III kurs tələbələri iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün ingilis dilini bilmək mütləqdir. pizza sifarişi
Bu imkandan yararlanmaq istəyən tələbələr aprelin 22-ə qədər CV və Motivasiya məktublarını ingilis dilində administration_iro@wcu.edu.az ünvanına göndərə bilərlər.
Telegram kanalımız