Tələbəsi Xalq artisti Arif Babayevin səhhətindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Tələbəsi Xalq artisti Arif Babayevin səhhətindən danışdı

Şou

20 Oktyabr 2020 14:27 1997


"Xalq artisti Arif Babayevin səhhəti düzəlir".

Bu barədə Yenisabah.az-a sənətçinin tələbəsi Xalq artisti Mənsum İbrahimov məlumat verib.

O bildirib ki, xanəndənin səhhəti yaxşılaşır və qələbə xəbərlərini eşidib: pizza sifarişi

“Elə dünən Arif müəllimin özü ilə danışmışam. Maşallah, səhhəti yaxşıdır. Qarabağla bağlı xəbərləri eşidib, lap yaxşı olub.  Dünən danışanda  mənə söz verdi ki,  bu addımımızı qələbə ilə başa çatdıraq, sonra Ağdama, Şuşaya bərabər gedəcəyik. Vəziyyəti yaxşıdır. Bu xoş xəbərlərdən sonra kim yaxşı olmaz ki? Hər gün xəbərləri eşitdikcə bütün xalqımızın əhavl-ruhiyyəsi yaxşı olur. Heç vaxt bizim xalqda bu qədər ruh yüksəkliyi olmayıb. Biz  torpaqlarımızı, yüksəkliklərimizi bax bu ruh yüksəkliyi ilə fəth etdik. Allah kömək olsun, zəfər bayramında görüşək. Xalqımız üçün Qarabağ şikəstəsi oxuyaq”.

Qeyd edək ki, Xalq aristi Arif Babayev ötən ay insult keçirərək xəstəxanaya yerləşdirilmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!