Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edib.
“Yeni Sabah” xəbər verir ki, qaninin 4.1-3-cü maddə aşağıdakı redaksiyada verilib:
Bu Qanunun 33-5-ci maddəsinə uyğun olaraq mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.
Aşağıdakı məzmunda 4.1-4-cü maddə əlavə edilib: Dördpendirli pizza
Bu Qanunun 4.1-ci və 4.1-1 – 4.1-3-cü maddələrində nəzərdə tutulan vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
Telegram kanalımız