“Müəllimlər hədlərini tez-tez aşır”    - Ciddi ittiham

saytların hazırlanması

Evə çatdırılma

“Müəllimlər hədlərini tez-tez aşır”  - Ciddi ittiham

Sosial

20 Yanvar 2022 22:30 1177


“Pedaqoji fəaliyyətini icra edən istər müəllimlər, istərsə də tərbiyəçilər bəzən xarakterlərini peşəsində əks etdirir”.

Yenisabah.az xəbər verir ki, bunu müəllim və şagirdlər, tərbiyəçi və azyaşlı uşaq münasibətləri ilə bağlı qalmaqallı videoları şərh edərkən psixoloq Gülər Məmmədova deyib.

“İnsan öz peşəsinin psixofiziologiyasını idarə etməlidir. Yəni insanın peşəsi ona tələb olunan davranışa sərgiləməyə vadar edir. Əgər sən tərbiyəçisənsə, uşaqlarla az yaşlı işləyirsənsə, uşaqların inkişaf dinamikasını nəzərə almalı, onu uyğun rəftar etməlisən. Yox, əgər xarakterin peşəni üstələyirsə, o zaman münasibətlərdə də xarakterini sərgiləyəcəksən”, - deyə Gülər Məmmədova qeyd edib. Sezar pizza

Psixoloqun sözlərinə görə, insan xarakterinin bəzi neqativ xüsusiyyətlərini korreksiya edə bilmirsə, o zaman idrakında və təfəkküründə çox böyük çatlar yaranır. 

“Azyaşlı uşağı mütəmadi olaraq vurmaq, sərt reaksiya göstərmək əslində, insanın zəifliyindən yaranır, hiss və emosiyalarını idarə edə bilməməyindən qaynaqlanır. Təəssüf ki, tərbiyəçi və pedaqoqlar hədlərini tez-tez aşır”. 

Nəzrin Vahid

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!