Terim “Qalatasaray“da qalmaq üçün şərtlərini açıqladı:  50 milyon avro və...
10 İyn 2021 11:40
518

Terim “Qalatasaray“da qalmaq üçün şərtlərini açıqladı: 50 milyon avro və...

“Qalatasaray”la müqaviləsi mayın 31-də başa çatan Fatih Terimin İstanbul təmsilçisi ilə yeni müqavilə imzalayıb-imzalamayacağı hələ də qeyri-müəyyən olaraq qalır.

Yenisabah.az xəbər verir ki, 67 yaşlı mütəxəssis klubun prezident seçkilərini və yeni idarəçilərin məlum olmasını gözləyir. Bundan sonra o, rəhbərliyə sözləşmə imzalamaq üçün şərtlər təqdim edəcək.

Məlumata görə, Terim əvvəlcə güclü və iddialı heyət qurulmasını gözləyir. O, yeni cinah və mərkəz müdafiəçilərinin, 6, 8 və 10 nömrə mövqeyində oynaya biləcək futbolçuların alınması üçün komandanın transfer işlərinə 50 milyon avro ayrılmasını istəyir. Həmçinin çalışdırıcı Fequli və Falkao kimi oyunçuların “Qalatasaray”dan göndərilməsinin lazım gəldiyini və komandanı gəncləşdirməli olduqlarını düşünür.

Terim klubun hazırkı rəhbərliyi ilə problem yaşadığına görə yeni idarəçilərdən onun işinə qarışılmamasını tələb edəcək.

Qeyd edək ki, “Qalatasaray” 2020/21 mövsümündə Superliqada “Beşiktaş”la eyni xalı (84 xal) toplasa da, top nisbətinə görə rəqibindən 1 top geri qaldığı üçün 2-ci olub. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər