Terrorçuluqda suçlanan Türkiyə futbolunun əfsanəsi ağır durumda - “Taksavatlıq” edir
14 Yan 2020 08:10
670

Terrorçuluqda suçlanan Türkiyə futbolunun əfsanəsi ağır durumda - “Taksavatlıq” edir

Türkiyə futbolunun ən məşhur simalarından olan Hakan Şükür ABŞ-ın paytaxtı Vaşinqtonda sürücülüklə məşğul olur.

“Yeni Sabah” xəbər verir ki, Türkiyə millisinin və “Qalatasaray”ın sabiq hücumçusu özü bu barədə xarici mətbuata danışıb. 

“Kral” ləqəbli keçmiş futbolçu “Uber” taksi xidmətində işləyir və bu yolla dolanışığını təmin edir. Son olaraq, şirniyyat evində çalışan Şükür orada da iflas etdikdən sonra məcbur sürücülüyə başlayıb. 

Qeyd edək ki, Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan Hakan Şükür və atası Selmet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə (Fətullahçı Terror Təşkilatı) maddi dəstək verdikləri iddiası irəli sürülüb.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər