Testi müsbət çıxan müğənni: “Avtobusa minsəm, yüz nəfəri yoluxduracam“

saytların hazırlanması

Evə çatdırılma

Testi müsbət çıxan müğənni: “Avtobusa minsəm, yüz nəfəri yoluxduracam“

Şou

29 Mart 2021 17:49 1245


“Pişik” Günel ləqəbi ilə tanınan müğənni Günel Ələkbərovanın koronavirus testi pozitiv çıxıb.

Bu barədə Yenisabah.az-a açıqlamasında sənətçi 4 gün sonra cavabının gəldiyini deyib:

“Testimin cavabı çıxdı. Mən də COVİD-19-a yoluxmuşam. Hələ ki, heç bir şey demirlər, evdəyəm. Amma elə də ciddi keçirmirəm, hər zaman qrip olanda necə oluruqsa, indi də eləyəm. Hazırda xəstəliyin 4-cü günündəyəm, temperaturum yoxdur. Qeyri-adi bir şey hiss etmirəm, adi qrip kimidir. Sümüklərim ağrıyır, halsızam, öskürürəm. Bu COVİDdirsə, daha bilmirəm…” Sezar pizza

Müğənni ölkəmizdə səhiyyə sistemindən də gileylənib:

“Səhiyyəmiz doğurdan da çox bərbad haldadır. Gəlib bloku dezinfeksiya etmirlər. Mən  yeni tikililərdən birində qalıram, hər mərtəbədə 10-12 qapı var. Nə bloku, nə lifti dezinfeksiya etmədilər. Mən hazırda koronavirusam, bir dəfə çölə çıxsam yüzlərlə insanı yoluxdurmuş oluram. Necə hər şeyi belə rahat buraxırlar?! Tutaq ki, heç mən yox, qonşularımdan biri yoluxub. Mən haradan biləcəyəm ki, o yoluxub? Koronavirusam, nolsun, adi insanam, buynuz çıxarmamışam ki, bircə dəfə çıxıb restoranlara yaxud avtobuslara minim, görün nə qədər insanı yoluxduracam… Belə şey olar? Günahkar Səhiyyə Nazirliyi və TƏBİBdir. Məndə COVİD çıxıbsa və belə rahatamsa, deməli, başqalarında da elədir. Düşüncəsi olmayan, eqoist insanlar o qədərdir ki, istəyirlər özü xəstələndisə, başqaları da yoluxsun. Çıxıb cəmiyyəti yoluxdururlar. Bunları tənzimləmək lazımdır, Səhiyyə Nazirliyi nə düşünür?!”

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!