Təvəkkolizadə: Mərhum Xamenei ilə vida mərasimi 3 gün çəkəcək

saytların hazırlanması

Evə çatdırılma

Təvəkkolizadə: Mərhum Xamenei ilə vida mərasimi 3 gün çəkəcək

Dünya

02 İyun 2026 17:38 136


İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei vida mərasimindən sonra Məşhəd şəhərində dəfn olunacaq.

"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu Tehran Şəhər Bələdiyyəsi sədrinin müavini Məhəmmədəmin Təvəkkolizadə bildirib.

Onun sözlərinə görə, iyunun ortalarında İranın sabiq Ali Rəhbəri ilə vida mərasimi üçün 3 günlük proqram hazırlanır. Sezar pizza

Təvəkkolizadə bildirib ki, vida mərasiminin bir gün davam edəcək, sonra Xameneinin nəşi Qum şəhərinə, oradan da Məşhədə aparılacaq.

Sədr müavini Tehranda vida mərasimində 15-20 milyon insanın iştirak edəcəyinin gözlənildiyini vurğulayıb.

İranın sabiq Ali Rəhbəri vəsiyyətinə uyğun olaraq, Məşhəddə İmam Rza türbəsində dəfn olunacaq.

Xatırladaq ki, Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!